"İranda həbs olunmuş iki Azərbaycan vətəndaşının orada saxlanması davam edir\". SİA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib: \"Təəssüf ki, bu günə qədər də Azərbaycan konsulluğunun əməkdaşlarına onlarla görüşmək üçün şərait yaradılmayıb. Əlbəttə ki, bu fakt bizi çox narahat edir. Bu vəziyyətin yaranması, yəni iki vətəndaşımızın həbsi bizi vətəndaşlarımıza xatırlatmağa məcbur edir ki, İrana səfər təhlükəsiz deyil. İranda vətəndaşlarımızın həbs olunması xoşagəlməz faktdır. Çünki onlarla görüş istəyimiz təmin olunmur. Hansı ki bu hüquq beynəlxalq konvensiyalarda təsbit olunub. Lakin biz öz tərəfimizdən bu istiqamətdə işi davam etdiririk. Bu bizim üçün bir nömrəli prioritetdir. Azərbaycan İranın vətəndaşlarımıza qarşı bu cür yanaşmasını anlamır. Bizə hələ də vətəndaşlarımızın hansı cinayətləri törətməkdə ittiham olunduqları barədə rəsmi məlumat verilməyib".
Elman Abdullayev həmçinin "lent.az" informasiya agentliyinin İranda həbs olunmuş azərbaycanlı şairlər Şəhriyar Hacızadə (del Gerani) və Fərid Hüseynin taleyini aydınlaşdırmaq üçün jurnalistlərin bu ölkəyə səfərinin təşkili ilə bağlı təşəbbüsünə də münasibət bildirib. O, qeyd edib ki, XİN Azərbaycan cəmiyyətinin ölkənin 2 vətəndaşının həbsinə biganə qalmaması və onları müdafiəsinə qalxmasını yalnız alqışlaya bilər: "Lakin heç kim sığortalanmayıb ki, İrana gedərsə, həbs oluna bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB