Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.
SİA-nın verdiyi məlumata görə, iclasda geniş məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, ölkədə 6 ay ərzində ümumi daxili məhsul 1,5 %, qeyri-neft sektoru 11,3 % artıb, inflyasiya cəmi 2,2 %, əhalinin pul gəlirləri təxminən 14,2 % olub. Kənd təsərrüfatı 10,4 %, qeyri-neft sənayesi isə 8,3 % artıb. Ölkənin strateci valyuta ehtiyatları artaraq 44 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirib ki, 2012-ci ilin altı ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 12.709,9 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Nəqliyyat müəssisələri tərəfindən 310,6 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 430,6 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 17,2 % çox rabitə xidmətləri göstərilib.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1.420,0 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 47,7 % artıb.
İlin əvvəlindən əhaliyə 33,6 milyon manatlıq istehlak malları satılmış və ya pullu xidmət göstərilib, bu da ötən illə müqayisədə 13,8 % çoxdur.
Səbail rayonunda çalışan işçilərin sayı 98793 nəfər, orta aylıq əmək haqqının məbləği isə 938.2 manat olub ki, bu da keçən illə müqayisədə 4.0 % çoxdur.
2012-ci ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 729 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumiyyətlə 2009-cu ilin yanvarından 2012-ci ilin iyul ayının 1-dək rayonda 6239 daimi iş yeri açılıb.
Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilib. Bu ilin ikinsi rübü ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Səbail rayonu ərazisində "CW Mariott Abşeron" otelinin, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı Funikulyorunun, "Hilton-Baku" otelinin qarşısındakı parkın, Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin, "Baku Kristall Hall"ın, Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin, Azneft döngəsində, Mikayıl Useynov kuçəsində inşa olunmuş yeraltı piyada keçidinin, Dənizkənarı Milli Parkda "Kiçik Venesiya şəhərciyi" adlanın ərazinin, Səadət sarayının və Badamdar qəsəbəsində Heydər Əliyev parkının açılış mərasimləri keçirilib.
Hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri" kompleksinin, "Four Seasons" mehmanxanasının, "İş Adamları Mərkəzi"nin, MTN-nin yeni Hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun, İncəsənət Muzeyi üçün əlavə keçid korpusunun, "Azadlıq" Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qaracların tikintisi aparılır. Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binası və deponun tikintisi işləri aparılır. Artıq "Yeni Bayıl" və "Bayraq Meydanı" yarımstansiyaları istifadəyə verilmişdir. Mikayıl Müşviq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənmiş, Badamdar şossesi boyunca yeni istinad divarı çəkilib.
20-ci yaşayış sahəsində "Bibiheybət" stadionu əsaslı şəkildə yenidən qurulur, Dövlət Filarmoniyasının binasındakı təmir başa çatıb, Dövlət Musiqili Komediya Teatrının, Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri aparılır, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın inşası, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri davam etdirilir. Dağüstü parkın bir hissəsində əsaslı təmir-yenidənqurma işləri, Səbail rayonunun rəmzi olan "Qız qalası"nda mərhələlərlə bərpa və konservasiya işləri aparılır.
May ayında Bakı şəhərində ilk dəfə olaraq 42 ölkənin təmsilçiləri və çoxsaylı qonaqların iştirakı ilə "Avroviziya-2012" mahnı müsabiqəsi keçirilib. Dövlət rəhbərliyinin daimi diqqət mərkəzində olan bu müsabiqə çox böyk müvəfəqiyyətlə başa çatmış, iştirakçı dövlətlərin nümayəndə heyətləri, çoxsaylı qonaqlar ölkəmizdən xoş təəssüratla ayrılmış və bu müsabiqə Azərbaycanın dünyadakı nüfuzunun daha da artmasında bir vasitə olub. Şəhərin mərkəzi rayonu olaraq Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, rayonun təsərrüfat və digər xidmətlərinin işçiləri müsabiqənin keçirilməsi dövründə xüsusi iş rejimində çalışıb, həmin müddət ərzində ərazinin təmizliyi və sanitariya qaydalarına riayət olunması ciddi nəzarətdə saxlanılıb.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası böyük sürətlə davam etdirilib. Artıq Proqramda Səbail rayonu ilə bağlı nəzərdə tutulmuş bir çox bəndlər həyata keçirilib, digərlərinin icrası ilə bağlı işlər aparılır.
Ölkə başçısı cənab İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı təsdiq olunub və bu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd, Əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd Dövlət Proqramına salınmışdır ki, artıq həmin işlərin icrası ilə bağlı tədbirlər görülür.
Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən keçən il Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlanıb, artıq burada xeyli iş görülüb. Məktəb və uşaq bağçasının açılışı cari ilin sentyabr ayında olacaqdır.
Dövlət Bayrağı Meydanı ətrafında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə əlaqədar Prezident İlham Əliyevin göstərişinə əsasən keçən il 49 saylı "İntellekt" liseyin həyətində yeni 660 şagird yerlik əlavə korpus tikintisi aparılıb və bu il mart tətillərindən sonra bu yeni korpusda dərs prossesinə başlanıb.
Bu ilin yanvar ayında Səbail rayon İcra Hakimiyyətinin həyətində də abadlıq aparılıb, həyətə 700 kv. metr sahədə dekorativ plitə döşənib, divarlar və darvaza rənglənib, binanın qarşısında yeni güllər əkilib. "Abad həyət" layihəsi əasında Badamdar qəsəbəsi S.İbrahmxədilov 1 ünvandakı həyət əsaslı təmir olunub, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. 6 ay ərzində rayondakı respublika və yerli əhəmiyyətli yollara 147.500 kv.m. asfalt çəkilib.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilib. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, 11 binanın dam örtüyündə təmir işləri aparılıb, su və kanalizasiya xətləri dəyişdirilib, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri görülüb.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib. Yanvar ayında Badamdar və Bibiheybət qəsəbələri icra nümayəndəliklərinin və RİH-nin 2011-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları, RİH-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilib, faciənin ildönümü ilə bağlı bir sıra tədbirlər təşkil olunub.
2 Fevral – Azərbaycan Gəncləri günü ərəfəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Səbailli 2 gəncə toy mərasimi keçirilib, 8 Mart Beynəlxalq Qadınlar günü təntənəli qeyd olunub, Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri çərçivəsində Almaniyalı ictimai xadim Rolf Kunşun ilk dəfə olaraq alman dilində yazdığı "Xocalı" kitabının təqdimat mərasimi keçirilib, rayonda məskunlaşmış Xocalıdan və Şuşa şəhərindən köçkün düşmüş ailələrin üzvləri, Çernobılçılarla, II Dünya Müharibəsi veteranları ilə görüşlər keçirilərək onlara yardımlar təqdim olunub.
Novruz bayramı və Silahlı Qüvvələr günü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırıb, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilib. Rayonumuzun nümayəndələri həm də Daxili Qoşunların Bərdə şəhərində yerləşən hərbi hissəsində və Badamdar qəsəbəsindəki hərbi hissədə də görüşlər və konsertlər təşkil ediblər. 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki "Sinema-klub"da "Xoca" filminə ictimai baxış keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi "Gül Bayramı" təşkil olunub, Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı silsilə tədbirlər keçirilib. İyun ayında Azərbaycan Dövlət İqtisad Uniyersitetində rayondakı aztəminatlı ailələrdən olan 100 nəfər uşağq üçün pulsuz xarici dil və kompyuter kursları təşkil olunub.
Toplantıda Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Səbail rayon Qaz İstismar Sahəsinin rəisi Sadıx Rəhimov, Səbail rayon Sukanal Departamentinin rəisi Rauf Abaslı, Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Səbuhi Zeynalov, Badamdar qəsəbə nümayəndəsi Natiq Bağırov çıxış ediblər.
İclasda əldə olunmuş nailiyyətlələ yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB