Bakıda Azərbaycan və Tacikistan prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimi keçirilib
İyulun 12-də Bakıda Tacikistan prezidenti Emoməli Rəhmonun və Azərbaycan prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan prezidenti İ. Əliyev Tacikistan prezidenti E. Rəhmona, E. Rəhmon isə İ. Əliyevə orden təqdim edib.
Ali ordenlərlə təltif olunma mərasimi başa çatdıqdan sonra Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB