Elçin Mirzəbəyli: \"Öz iradələri ilə hərəkət etməyən hər hansı bir siyasi qüvvə Azərbaycan xalqının etimadını qazanmaq iqtidarında deyillər\"
\"Ölkəmizdə Azərbaycanın inkişafını qəbul etməyən qüvvələrə qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr var\". Bunu dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədə deyib.
President qeyd edib ki, onlar siyasi qüvvələr deyil, elementlər və ünsürlərdir. Bu ünsürlər Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlayıblar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil ediblər. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək – bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir.
Prezident xatırladıb ki, "Eurovision"a qədər 20-ci Sahədə ayrılan yerdə üç mitinq keçirilb. "Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer 20-ci Sahədir və özləri də öz xoşu ilə 20-ci Sahədə mitinqləri çox sakit şəkildə keçirdilər. Heç kim onlara dəymədi. Lakin aksiyaya insanların gəlmədiyini gördükdə yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə cəhd etdilər. Bu, sırf təxribat xarakteri daşıyan bir addım idi. "Eurovision" bitidikdən sonra onlar aksiyalarınıda dayandırdılar. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar – milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr.
Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli isə qeyd edib ki, Azərbaycanda özünü müxalifət hesab edən bəzi qüvvələr siyasi mübarizəni tək hakimiyyətə qarşı deyil, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı yönəldirlər. Məhs bu amil həmin şəxslərin 89-cu ildən başlayaraq düşüncələrində heç bir dəyişikliyin baş verməməsini, siyasi prosesləri döyüş meydanı kimi dəyərləndirməsini, Azərbaycan xalqına və dövlətinə düşmən mövqe göstərmələrini sübut edir.
Elçin Mirzəbəyli qeyd edib ki, hakimiyyət üçün, siyasi ehtirasları üçün hər şeyi qurban vermələri Azərbaycanda ehtimadlı siyasi mühütün formalaşmasına imkan vermir. Bu çox ağrıdıcı bir prosesdir təəssüflər olsun ki, bunun zərbəsi bütövlükdə Azərbaycanın çoxpartiyalı sisteminə dəyib. Bu gün əgər gənc insanlar siyasi proseslərdən kənarda qalmağa üstünlük verirlərsə bu, aqressiv, qəzəbli, nifrət və kin püskürən bəzi müxalifət partiyalarının və onların liderlərinin Azərbaycana göstərdiyi ayı xidmətidir.
BAXCP-nin sədr müavininin sözlərinə görə, bu gün fərqli düşünən, dövlət və milli maraqlarla bağlı ortaq məxrəcə gələ bilən siyasi qüvvələr də var. Onlar öz mövqelərini \"Avroviziya\" ərəfəsində də göstərdilər, ondan əvvəl Azərbaycana qarşı yönəlmiş xarici təhdidlər qarşısında da durdular. BAXCP funksioneri əlavə edib ki, Azərbaycanda həmin radikal düşərgənin mövqeyi günü-gündən səngiməyə başlayır: \"Cənab Prezidentin dediyi kimi onların keçirdiyi mitinq və piketlər də bunu sübuta yetirdi\".
Elçin Mirzəbəyli bir faktıda qeyd edib ki, həmin düşərgə \"Avroviziya\" musiqi yarışmasındana sonra heç bir aksiya keçirmədilər: \"Onların faktiki olaraq sükuta qərq olmaları sübut etdi ki, bunlar xaricdən idarə olunan nüfuz müvəkkilləridir. Onlar öz iradələrinə tabe deyillər. Təbii ki, öz iradələri ilə hərəkət etməyən hər hansı bir siyasi qüvvə Azərbaycandakı siyasi proseslərdə iştirak etmək, Azərbaycan xalqının etimadını qazanmaq iqtidarında deyillər\".
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB