Prezident İlham Əliyev: \"Korrupsiya ilə mübarizə davam etdiriləcək\"

Prezident İlham Əliyev: \"Korrupsiya ilə mübarizə davam etdiriləcək\"

\"Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə yaxşı nəticələr var. İctimaiyyət də görülən işlər haqqında mütəmadi qaydada məlumat alır, məlumatlandırılır. Bu mübarizə davam etdiriləcək\". Bunu prezident İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.


Dövlət başçısı bir daha vurğulayıb ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Onun sözlərinə görə, bu şüurlu seçimdir: \"Elə etməliyik ki, bu böyük bəlanı Azərbaycandan çıxaraq, buna son qoyulsun. Bu sahədəki işlər daha da sürətlə getməlidir. Burada, əlbəttə ki, cəza tədbirləri tətbiq olunmalıdır. Əfsuslar olsun, hələ ki, bunsuz mümkün deyil. Eyni zamanda, institusional islahatlar, tədbirlər, yenə də elektron sistemə keçid, "elektron hökumət"in bütün əlamətlərini tətbiq etməklə biz daha da ciddi nəticələrə çata bilərik. Burada, əlbəttə, hələ ki, təkmilləşdirməyə imkanlar çoxdur. Əminəm ki, növbəti aylar ərzində daha da böyük nəticələr olacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə