Meksika Senatı sədrinin müavini Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib

Meksika Senatı sədrinin müavini Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Meksika Senatı sədrinin müavini Fransisko Arroyo Vieyra Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyub.


Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.Sonra Şəhidlər xiyabanına gələn meksikalı qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzüb.


Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə