Azərbaycan prezidenti “Holcim” şirkətinin baş icraçı direktorunu qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev iyulun 10-da İsveçrənin "Holcim" şirkətinin baş icraçı direktoru Bernard Fontananı qəbul edib. SİA-nın məlumatına görə, görüşdə İsveçrənin "Holcim" şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti vurğulanıb, şirkətin yüksək texnologiyalar əsasında fəaliyyət göstərəcək "Qaradağ sement" ASC-də yeni zavodun müasir standartlara uyğun şəkildə inşası qeyd olunub, əməkdaşlığın genişləndirilməsi ilə bağlı gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB