Qoşulmayanlar Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirakla əlaqədar İran prezidenti Mahmud Əhmədinejad tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu təqdim etmək üçün iyulun 11-də İran İslam Respublikasının təhsil naziri Həmidrza Babayi Bakıya səfər edəcək.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumatda deyilir ki, nazirin Azərbaycan digər dövlət rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB