Azərbaycan prezidenti İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev iyulun 10-da İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibi Qonzalo de Benitonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı bu səfərin əlaqələrin inkişafı baxımından uğurlu olacağına əminliyini bildirib.
Öz növbəsində, qonaq ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanla İspaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB