Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyulun 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtkeni (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
SİA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə