XİN Ermənistanın Qarabağda apardığı qanunsuz məskunlaşma siyasətinə münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasətinə münasibət bildirib. XİN-nin mətbuat katibi Elman Abdullayev SİA-ya açıqlamasında deyib ki, bu cür məskunlaşma siyasəti ilə bağlı atılan addımlar qanunsuzdur. O, qeyd edib ki, rəsmi İrəvan apardığı bu siyasətlə beynəlxalq hüququn prinsiplərinə və normalarına hörmətsizlik edir. Onun sözlərinə görə, rəsmi Bakı ermənilərin ayrı-ayrı dövrlərdə işğal olunmuş ərazilərdə məskunlaşma aparması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb.
Qeyd edək ki, Ermənistan rəhbərliyi Suriyada baş verən qarşıdurmalar nəticəsində İrəvana gələn qaçqınları işğal altında saxladığı Dağlıq Qarabağ ərazilərində məskunlaşdırır. Suriyadakı gərginlik səbəbindən cari ilin 6 ayı ərzində Suriyadan Ermənistana qaçan və vətəndaşlıq almaq üçün müraciət edən ermənilərin sayı 2700 nəfərdən çoxdur. 3 milyonluq ölkə üçün bu, balaca rəqəm deyil. Çünki Ermənistanın özündə də əhalinin işsizlik və digər sosial problemlərə görə kütləvi şəkildə miqrasiyası danılmaz faktdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB