Qaradağ metal konstruksiyalar zavodunun açılışı olub - FOTOLAR

Qaradağ metal konstruksiyalar zavodunun açılışı olub - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib. SİA-nın verdiyi məlumata görə, dövlətimizin başçısına məlumat verilib ki, sahəsi 8 min 600 kvadratmetr olan zavod Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Qaradağ rayonunun Sahil qəsəbəsində 4,5 hektar ərazidə inşa edilib.

Tikintisinə 2011-ci ilin iyulunda başlanılmış zavod Avropanın "Kaltenbach GmbH", "Zimfer", "Vinter", "Voortman", "Facin" və "Durma" şirkətlərinin müasir texnologiyası əsasında qurulub.

Bildirilib ki, il ərzində 24 min ton metal konstruksiyalar istehsal edəcək zavodda 120 nəfər işlə təmin olunub. Zavodda məhsulların çeşidinin və həcminin gələcəkdə artırılması məqsədi ilə əlavə istehsal korpuslarının inşası nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə