İranın daxili işlər naziri erməni-fars qardaşlığından danışdı - FOTO
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Ermənistanda rəsmi səfərdədir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, iki günlük səfər çərçivəsində təhlükəsizlik, sərhədyanı ticarət və ticarət sahəsinə dair əməkdaşlıqla bağlı protokol imzalanıb.
Səfər çərçivəsində İran rəsmisi Ermənistan polislərinin rəisi Vladimir Qasparyanla görüşüb. Daha sonra Ermənistan prezidenti Serj Sarkisyanla görüşən Mustafa Məhəmməd Nəccar ölkələr arasında mövcud olan iqtisadi, sosial, mədəni, siyasi məsələlərə dair fikir mübadiləsi aparıb. Görüş zamanı Nazir iki ölkə arasında son illərdə iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb və bildirib ki, proqramlar hazırlamaqla bu əlaqələri daha da inkişaf etdirmək olar. Nəccar qeyd edib ki, İran regionda sabitlik və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır və öz milli mənafeyini regiondakı sabitlikdə axtarır.
Nəccar iki ölkə arasında əlaqələrin davamlı və dostcasına olduğunu vurğulayıb və deyib ki, hər gün iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinin şahidi oluruq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB