Türkmənistan “Kəpəz” yatağı ilə bağlı danışıqlar prosesini davam etdirməyə hazırdır
Türkmənistan Xarici İşlər Nazirliyi "Kəpəz" yatağı ilə bağlı məsələ üzrə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu bildirib. SİA-nın xəbərinə görə, bu barədə Türkmənistanın Azərbaycandakı səfirliyi məlumat verib. Məlumatda deyilir: " Türkmənistan XİN bəyan edir ki, Azərbaycan tərəfinə dəfələrlə Xəzər dənizində Azərbaycanın birtərəfli qanunsuz hərəkətləri, həmçinin "Sərdar" yatağı ilə bağlı qanunsuz tələblərlə əlaqədar rəsmi diplomatik notalar göndərilib. Türkmənistan tərəfi rəsmi xəbərdarlıqlarında məsələ ilə əlaqədar danışıqlar prosesini davam etdirməyə hazır olduğunu bəyan edir və qeyd edir ki, ikitərəfli razılığın əldə olunması qeyri-mümkün olarsa, Türkmənistan beynəlxalq məhkəmə və arbitraj instansiyalarına müraciət etmək hüququnu özündə saxlayır".
Türkmənistan XİN bildirir ki, 4 avqust 2009-cu ildə nazirlik Türkmənistan və Azərbaycan arasında Xəzərin dibinin və yeraltı sərvətlərinin delimitasiyası məsələləri üzrə ölkənin rəsmi mövqeyini dərc edib. Orada, həmçinin Beynəlxalq məhkəməyə müraciətin məqsədəuyğunluğu barədə qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB