Azərbaycanda istintaq təcridxanasının rəisi təqaüdə göndərilib

Azərbaycanda istintaq təcridxanasının rəisi təqaüdə göndərilib

Azərbaycanda istintaq təcridxanasının rəisi təqaüdə göndərilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə Penitensiar Xidmətin Baş İdarəsində 3 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsini icra edən ədliyyə mayoru Aslan Mirzəyevin təqaüdə buraxılması ilə bağlı təntənəli mərasim keçirilib.

Qüsursuz xidmətə görə, eləcə də 60 illik yubileyi münasibətilə Aslan Mirzəyevə Ədliyyə Nazirliyinin rəhbərliyi adından qiymətli hədiyyə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə