Qəzet köşkləri ilə bağlı monitorinq qrupu yaradılacaq

Qəzet köşkləri ilə bağlı monitorinq qrupu yaradılacaq

\"Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə mətbuat nümayəndələrinin görüşündə çoxsaylı təkliflər olub\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, həmin təkliflər həm praktiki baxımdan, həm də qanunvericilik baxımından həyata keçirilə bilər: "Bu da dövlət qurumlarının büdcələrinin 1%-nin reklama və elana ayrılması və digər məsələlərdən ibarət ola bilər. Türkiyədə olan mətbuat və elan sisteminin Azərbaycanda tətbiq olunması məsələsi gündəmdədir".

Mətbuat Şurasının rəhbərliyi və qəzet redaktorları ilə birgə qəzet köşkləri ilə bağlı monitorinq qrupu yaradılacağını deyən Əflatun Amaşov bildirib ki, əsasən, yaradılacaq qrup mütəmadi olaraq köşklərdə qəzetlərin satışı ilə bağlı monitorinqlər aparacaq: \"Burada əsas diqqət yeni köşklərə yönəldiləcək. Satış üzrə yeni nəzarət mexanizmi tətbiq olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə