"Eurovision-2013" mahnı müsabiqəsi böyüklüyünə görə İsveçin 3-cü şəhəri olan Malmada keçiriləcək. SİA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı müsabiqəni birbaşa yayımlamaq hüququna malik İsveçin Sveriges Television AB (SVT) kanalının nümayəndəsi yayıb.
Təşkilatçıların sözlərinə görə, müsabiqənin keçirilməsi üçün Stokholm və Malmanın namizədliyi irəli sürülmüşdü. Malma isə rahat infrastrukturu, o cümlədən "Eurovision" üçün namizəd seçən illik Melodifestivalen musiqi festivalının burada keçirilməsi səbəbindən seçilib.
"Eurovision"u qəbul edən şəhər kimi Malma nümayəndə heyətlərini qalmaq üçün yerlə təmin etməli, mətbuatın yerləşdirilməsinə yardımçı olmalı, mətbuat konfranslarının və fan-zonaların təşkili işini həyata keçirməlidir. "Eurovision-2013" Malmoe Arena adlı meydanda keçiriləcək. Bura 2008-ci ildə tikilib və 15500 izləyici qəbul etmək imkanına malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB