Prezident İlham Əliyev Rusiyanın dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev Rusiyanın dövlət başçısına başsağlığı verib

Dövlət başçısı Krasnodarda daşqınlar nəticəsində çoxsaylı insan tələfatı ilə barədə xəbərdən sarsıldığını bildirib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.


Azərbaycan dövlətinin başçısı Rusiyanın Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatı ilə barədə xəbərdən son dərəcə sarsıldığını bildirib.


Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Rusiya Prezidentinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün dost Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə