ATƏT-in baş katibi gələn həftə Cənubi Qafqaza gəlir

ATƏT-in baş katibi gələn həftə Cənubi Qafqaza gəlir

ATƏT-in baş katibi Lamberto Zannier gələn həftə Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcək. SİA-nın ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Zannier dövlət rəsmləri, siyasi təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.


Baş katib 8-9 iyulda Bakıda, 10-11 iyulda Tbilisi və Batumidə, 11-12 iyulda isə İrəvanda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə