Qüdrət Həsənquliyev: “Heç kim bizim əvəzimizə torpaqlarımızı işğaldan azad etməyəcək”-AÇIQLAMA
"Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompeyin zəif bir siyasətçi olduğu onun həm Ermənistanda, həm də Azərbaycanda səsləndirdiyi bəyanatlarda özünü açıq şəkildə büruzə verdi". SİA-nın xəbərinə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. O, qeyd edib ki, Avropa Birliyi Şurası rəhbərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı İrəvanda və Bakıda verdiyi bəyanatlar bir daha sübuta yetirdi ki, Azərbaycan torpaqlarının azad olunması üçün beynəlxalq təşkilatlardan heç nə gözləməyə dəyməz: "Onlar 1 milyon insanın münaqişənin həlli uzandığı üçün köçkün vəziyyətdə yaşamalarına görə məsuliyyətlərini dərk etmir, buna görə utanmır və vicdan əzabı çəkmirlər. Herman Van Rompeyin səfərinin nəticəsində bir daha əmin olduq ki, heç kim bizim əvəzimizə torpaqlarımızı işğaldan azad etməyəcək".
Millət vəkili deyir ki, onların məqsədi belə səfərlərlə əlavə vaxt qazanmaq və Azərbaycanın enerji daşıyacılarından sonunadək istifadə etməkdir: "Çalışırlar ki, müxtəlif vasitələrlə münaqişənin həllini daha 20 il uzatsınlar. Sonra isə 40 il müstəqil yaşamış qondarma qurumun Azərbaycanın tərkibində ola bilməsinin mümkünsüzlüyünü bəyan edib Dağlıq Qarabağın müstəqilliyini tanısınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB