Həmsədrlər region səfərinə Bakıdan başlayacaqlar

Həmsədrlər region səfərinə Bakıdan başlayacaqlar

ATƏT-in Minsk Qrupu həmsədrləri Robert Bradtke(ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iyulun 10-da Bakıya gələcəklər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, həmsədrlər iyulun 11-də qoşunların Azərbaycanın işğal altındakı ərazilərindəki təmas xəttindən keçərək Dağlıq Qarabağ bölgəsinə və İrəvana səfər edəcəklər.

Səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri, hər iki ölkənin xarici işlər nazirləri ilə görüşlər keçiriləcək. Görüşlərdə xarici işlər nazirlərinin Paris görüşünün nəticələri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların mövcud durumu, konfliktin həlli perspektivləri müzakirə olunacaq

Bütün xəbərlər Facebook səhifəmizdə