TQDK ali məktəb rektorlarına müraciət etdi

TQDK ali məktəb rektorlarına müraciət etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəb rektorlarına müraciət edib. TQDK-dan SİA-ya verilən məlumata görə, 2012–2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı əsasında keçirilən müsabiqə nəticəsində hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavrlar tələb olunan sənədləri iyulun 3-dən 12-dək qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə təhsilalma formasını seçib qeydiyyatdan keçməlidirlər.
"Magistr" jurnalının 4-cü sayında qarşısında təhsilalma forması "Ə/Q" (əyani/qiyabi) kimi göstərilmiş ixtisaslaşmalara qəbul olunmuş bakalavrlar qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçərkən öz arzuları ilə əyani və ya qiyabi təhsilalma formasını seçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə