Herman Van Rompey: “Hədə-qorxu bəyanatları vəziyyəti gərginləşdirir”
"Əgər qonşular arasında sabitlik və təhlükəsizlik olmasa, regionda ümumi iqtisadi inkişaf və çiçəklənmə olmayacaq". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Dillər Universitetinin tələbləri qarşısında çıxış edən Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Herman Van Rompey deyib: "Avropa İttifaqı Madrid prinsiplərinin həyata keçirilməsinə israr edir. Biz heç bir əlavə şərt olmadan Avropa İttifaqının xüsusi nümayəndəsinin regiona çıxışının əldə edilməsini istəyirik. Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək səylərini davam etdirəcək. Bölgədə sabitlik yaranmayınca bir çox planı həyata keçirmək mümkün olmayacaq", – deyə o bildirib.
H.V. Rompey həmçinin son zamanlar cəbhədəki gərginliyə də toxunub: "Atəşkəs rejiminə əməl olunmalıdır, hədə-qorxu bəyanatları vəziyyəti gərginləşdirir. Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini tam dəstəkləyirik. Bununla yanaşı, AB tərəflər arasında etimad yaradılması üçün əlavə dəstək verə bilər. Tərəflər arasında etimad yaranmasa, heç vaxt sülh olmayacaq. Eyni zamanda münaqişənin həlli üçün vaxt lazımdır. Bir gündə ev tikmək mümkün deyil, bir gün ərzində münaqişəni həll etmək və ya demokratiya qurmaq da mümkün deyil. Evi inşa etmək üçün kərpicləri bir-bir qoymaq lazımdır. Azərbaycan cəmiyyəti evin inşasını başa çatdırır və Avropa Birliyi bu məsələdə sizə dəstəyini davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB