Elman Nəsirli: “AB-nin Dağlıq Qarabağ münaqişəsinin həllində tərəf olması müsbət nəticəyə səbəb ola bilər”-AÇIQLAMA
\"Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində hüquqi baxımdan de-yure iştirak etsə, müəyyən səmərəni gözləmək olar\". SİA-nın xəbərinə görə, bu fikirlə çıxış edən politoloq Elman Nəsirli həmçinin qeyd edib ki, indiki halda Avropa Birliyinin tərəf kimi münaqişənin həllində iştirakı üçün çox böyük hüquqi prosedurlar keçmək lazımdır. Yəni Fransanı Avropa Birliyi Minsk qrupunda əvəzləsə, bir qədər nikbin fikir söyləmək olar. Elman Nəsirlinin sözlərinə görə, hələ ki Avropa Birliyi bu prosesi kənardan tənzimləməyə üstünlük verir: \"Təəssüf ki, bu cür kənardan fəaliyyət lazımı nəticələrə səbəb olmur. Avropa Birliyinin prosesi kənardan müşahidə etməsinin səbəbi isə 20 ildən artıqdır münaqişənin həllində müsabət nəticə əldə etməyən ATƏT-in digər beynəlxalq qurumları yaxına buraxmaması ilə bağlıdır. Qeyd edək ki, Avropa Birliyi də münaqişənin həlli prosesində yaxından iştirak etmək istəyir\".
Elman Nəsirli bildirib ki, bu gün Azərbaycan və Avropa Birliyi arasında ciddi iqtisadi əlaqələr formalaşır. Belə ki, TANAP layihəsinin əsasının qoyulması "NABUKKO VEST" layihəsinində reallaşmasına yol açan elementdir: \"Beləliklə, bunlar hamısı onu təsdiqləyir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artır. Bu günki vəziyyət Avropanın buna çox ehtiyacı olduğunu göstərir. Çünki Avropa İrana sanksiyalar tətbiq etməklə 20 faiz neftdən məhrum oldu. Elə məhs bu səbəbdən Avropa Birliyinin fəaliyyətində Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən aktivlik müşahidə oluna bilər\".
Qeyd edək ki, Avropa Birliyinin prezidenti Herman Van Rompeyin Cənubi Qafqaz regionuna səfəri başlayıb. Rompey səfəri zamanı Cənubi Qafqaz regionunun hər 3 ölkəsinin prezidenti ilə görüşsə də Avropa Birliyini daha çox narahat edən məsələnin Dağlıq Qarabağ münaqişəsi olduğunu ifadə edib. \"Son dövrlər cəhbə xəttində hərbi insidentin intensivləşməsi qərbdə ciddi narahatlığa yol açıb. Bir nüansı da qeyd etmək lazımdır ki, 2014-cü ildə Azərbaycanla Ermənistan arasındakı atəşkəs anlaşmasının vaxtı bitir. Beləliklə 20 ildir ki, həll olunmayan münaqişə müharibə ilə əvəzlənə bilər.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB