Əli Həsənov: “Şairlərin azad olunması üçün İranla danışıqlar davam etdirilir” - AÇIQLAMA

Əli Həsənov: “Şairlərin azad olunması üçün İranla danışıqlar davam etdirilir” - AÇIQLAMA

"Azərbaycan hakimiyyəti İranda həbsdə saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin (del Gerani) taleyi ilə bağlı beynəlxalq hüququn imkan verdiyi bütün addımları atır". SİA-nınməlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.


\"Hazırda müvafiq qurumlar tərəfindən İran hökuməti ilə danışıqlar davam etdirilir. İran hökumətinin bu insanları nəyin əsasında həbs etdiyini və onların taleyi ilə bağlı nə düşündüyünü müvafiq qurumlar öyrənir", - deyə Ə.Həsənov bildirib.

Xatırladaq ki, İranın bəzi kütləvi informasiya vasitələri bu ölkədə həbsdə saxlanılan azərbaycanlı şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadənin narkotik maddələrin qaçaqmalçılığında və İsrailə casusluqda təqsirləndirildiyini iddia ediblər. Bu barədə İranın "Tabnak" və "Aran" saytları xəbər yayıb. Məlumatda bildirilib ki, F. Hüseyn və Ş.Hacızadə şair deyil, Rusiyadan Avropaya narkotik maddələrin daşınması ilə məşğul olan qaçaqmalçılardır: "Onlar İsrailin kəşfiyyat orqanı olan "Mossad"a casusluq etdiklərini etiraf ediblər. F.Hüseyn və Ş.Hacızadəyə qarşı irəli sürülən ittihamlarla bağlı sənədlər rəsmən Bakıya göndərilib".

Bütün xəbərlər Facebook səhifəmizdə