Millət vəkili mərakeşli nazirlə görüşüb

Millət vəkili mərakeşli nazirlə görüşüb

Mərakeşin Ailə, Qadın və Sosial İnkişaf naziri Bassima Hakkaoui ilə Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında görüşünü xatırladan millət vəkili Qənirə Paşayeva onun Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirib. SİA-nın verdiyi məlumata görə, millət vəkili Azərbaycanın Mərakeş ilə bütün istiqamətlərdə və sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olaraq qiymətləndirib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanla Mərakeş arasında parlamentlərarası münasibətlərin daha da inkişafının vacibliyinə toxunaraq Azərbaycan Parlamentinin Mərakeşlə əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini deyib.


Mərakeşin Ailə, Qadın və Sosial İnkişaf naziri Bassima Hakkaoui Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib və Mərakeş Krallığının Azərbaycanla bütün sahələrdə, o cümlədən rəhbərlik etdiyi sahədə də münasibətlərin inkişafına böyük önəm verdiklərini qeyd edib. İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən nazir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb və bu əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğuna diqqət çəkərək qarşılıqlı səfərlərin və işbirliyinin artmasının önəmini qeyd edib

Bütün xəbərlər Facebook səhifəmizdə