“Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda tədbir başlayıb

“Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda tədbir başlayıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda tədbir başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak edir.


QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev giriş nitqi ilə çıxış edərək deyib ki, respublikada vətəndaş cəmiyyətinin formalaşdırılması, QHT sektorunun inkişaf etdirilməsi məqsədilə dövlətin bilavasitə təşəbbüsü ilə bir sıra mühüm addımlar atılıb. Onun sözlərinə görə, bu işlər həm qanunvericilik, həm də struktur sahəsində görülüb: "Hazırkı vəziyyət bizə bu görüşü, o cümlədən bundan sonrakı səmərəli əməkdaşlığın aparılmasına kömək edəcək".


Sonra Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov giriş nitqi söyləyib.


Bundan sonra toplantı mətbuatın iştirakı olmadan davam etdirilib.


Tədbirdə vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi ilə əlaqədar QHT-hökumət münasibətlərinin inkişafı, QHT-lərin qarşısında duran vəzifələr, QHT fəaliyyətinin səmərəsinin artırılması ilə bağlı müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə