Sarkisyana "GET" dedilər

Ermənistan prezidentinə doğum günü münasibəti ilə qeyri-adi hədiyyə təqdim olunub. Erməni kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, "Art-labortaoriya" incəsənt xadimlərinin üzvləri erməni dövlət başçısı Serj Sakisyanın 58 yaşını təbrik etmək məqsədilə onun iqamətgahının qarşısına ağ rəngli, üzərində isə qırmızı rəngdə yazılmış "GET!" yazısı olan tort qoyublar.


Özünəməxsus aksiya bu yaxınlarda "Arsnakar" restoranında vəhşicəsinə döyülərək həyatını itirən hərbi həkim Vaqe Avenyana həsr edilib. Aksiya iştiraçıları bir neçə dəqiqə S. Sarksiyanən iqamətgahı önünüdə sakit dayanıblar və daha sonra oranı tərk ediblər. Polis bu dəfə nümayiş iştirakçılarına müqavimət göstərməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə