Azərbaycan və Monteneqro prezidentləri görüşüblər

Azərbaycan və Monteneqro prezidentləri görüşüblər

Bu gün Azərbaycan prezident İlham Əliyev Krans Montana Forumunda iştirak etmək üçün Bakıya gələn Monteneqro Prezidenti Filip Vuyanoviç ilə görüşüb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrimizin ölkələrimizin iqtisadi inkişafına və xalqlarımızın rifahına töhfə verəcəyi qeyd olunub.


Dövlət başçıları ölkələrimiz arasındakı əlaqələrin digər sahələrdə də inkişaf perspektivlərinin yüksək olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə