Goranboy rayonunun dağlıq ərazilərinə düşən güclü yağışlar nəticəsində rayonun bir neçə yaşayış məntəqələrinə zərər dəyib. Goranboy rayon İcra Hakimiyyəti şöbəsinin aparıcı məsləhətçisi Valerik Alışovun SİA-ya verdiyi məlumata görə, rayonun Ağcakənd, Zeyvə, Qızılhacılı qəsəbələrinə güclü sel sularının daxil olması nəticəsində əhaliyə məxsus fərdi təsərrüfatlara və əkin sahələrinə, infrastruktur obyektlərinə zərər dəyib. Sel nəticəsində rayon mərkəzi ilə kəndləri birləşdirən yollar su altında qalıb. Goranboy rayonunu əksər hissəsinə elektrik enerjisi təminatı dayanıb:
"Biz hazırda rayonun Ağcakənd qəsəbəsindəyik və 25 evə baxış keçirmişik. Əsas zərər evlərə, kənd sakinlərinin toyuq-cücələrinə dəyib. Bununla belə yaşayış binalarının hasarları uçub. Ümumiyyətlə, bir evdə yaşamaq isə qeyri-mümkün olub. İnsan tələfatı qeydə alınmayıb. Hazırda biz Goranboy rayon Fövqəladə Hallar Komissiyası ilə birgə zərər dəymiş evlərin siyahısını müəyyənləşdirik".
Qeyd edək ki, yaranmış vəziyyət ilə bağlı rayonun əlaqədar təşkilatları səfərbər olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB