MM bəzi ölkələr və beynəlxalq təşkilatlarla imzalanmış sənədləri təsdiq edib

Azərbaycan Milli Məclisi yaz sessiyasının sonuncu növbədənkənar iclasında Qırğızıstan, Bolqarıstan, Hindistan, Makedoniya, Ukrayna ilə hökümətlərarası sənədlər ratifikasiya edib.

İclasda Azərbaycan Prezidenti və Qırğızıstan Prezidentinin Birgə Bəyanatı, "Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında" Saziş təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə