Monteneqro prezidenti Azərbaycana gəlib

Monteneqro prezidenti Azərbaycana gəlib

Filip Vuyanoviç Bakıda keçiriləcək Krans Montana Forumunda iştirak edəcək


Monteneqro Respublikasının prezidenti Filip Vuyanoviç Bakıda keçiriləcək Krans Montana Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Monteneqro prezidenti Filip Vuyanoviçi və xanımı Svetlana Vuyanovici hava limanında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşıladılar.


Prezident Filip Vuyanoviç və xanımı hava limanından onlar üçün ayrılmış iqamətgaha yola düşdülər.


Bütün xəbərlər Facebook səhifəmizdə