YAP Gənclər Birliyində Qazaxıstanın NurOtan Partiyasının Gənclər Təşkilatı ilə saziş imzalanıb - FOTOLAR

YAP Gənclər Birliyində Qazaxıstanın NurOtan Partiyasının Gənclər Təşkilatı ilə saziş imzalanıb - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyində Qazaxıstanın NurOtan Partiyasının Gənclər Təşkilatının sədri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov hər iki qardaş ölkə arasında sıx əlaqələrin olduğunu bildirib: "Beynəlxalq tədbirlərdə də hər iki ölkə hər zaman bir- birinə dəstək olur. İnanıram ki, bu dəstək bundan sonra da özünü layiqli şəkildə büruzə verəcək".

Seymur Orucov onu da qeyd edib ki, YAP Gənclər Birliyinin Qazaxıstanın NurOtan Partiyasının Gənclər Təşkilatı ilə əlaqəsi çox genişdir: "Bundan sonra bu əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik. Bu olduqca önəmli əhəmiyyət daşıyır. Çünki gənclər bizim gələcəyimizdir".

NurOtan Partiyasının Gənclər Təşkilatının sədri Nurlan Utişev isə öz növbəsində dəvətə görə minnətdar olduğunu vurğulayıb: "Azərbaycan gəncləri ilə əlaqələrimiz hər zaman mövcud olub. Sevindirici haldır ki, bu əlaqələr bundan sonra da davam etdiriləcək. Buna görə də əlimizdən gələni etməyə çalışacağıq".

Qeyd edək ki, görüşün sonunda hər iki partiya arasında gələcək əməkdaşlıq haqqında saziş imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə