Ukrayna Azərbaycanlıları Konqresinə yeni sədr seçiləcək

\"İyulun 7-də Ukrayna Azərbaycanlıları Konqresinə yeni sədr seçiləcək\". SİA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə bildirib: \"Artıq bir ildən çoxdur ki, konqresin sədri vəzifəsini heç kim icra etmir. Məhz bu səbəbdən də seçkilər keçiriləcək\".

Nazim İbrahimov həmçinin qeyd edib ki, Skandinaviya ölkələrindəki diaspor daxilində yaranmış münaqişə komitə tərəfindən nəzarətdə saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə