Bu gün İstanbuldakı Lütfi Kırdar Beynəlxalq İclas Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olub.
SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, görüşdə İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubiley sammitinin üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verəcəyi bildirilib. Ölkələrimiz arasındakı əlaqələrin bütün sahələr üzrə sürətli inkişafından məmnunluq ifadə edən qardaş dövlətlərin başçıları bu əməkdaşlığın sonrakı inkişafı istiqamətində fəaliyyətin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
Respublikalarımız arasındakı iqtisadi əlaqələrin hazırkı səviyyəsindən razılıq bildirən prezidentlər bu sahənin inkişafına dair imzalanmış sənədlərin əhəmiyyətini diqqətə çatdırıblar.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB