Ermənistan iqtisadiyyatı fahişələrin ümidinə qalıb

Bu ölkədə fahişəlik leqallaşdırıla bilər


Ermənistandakı ağır iqtisadi vəziyyət fahişəliyi leqallaşdıra bilər. Belə ki, Ermənistanda fahişəlik problemi artıq uzun müddətdir ki, var. ANS PRESS-in "Pravda.ru" saytına istinadla verdiyi məlumata görə, hələki fahişəlik qanunla qadağan olunsa da, "qədim peşə" ilə məşğul olan kifayət qədər çox erməni qadını var və bu rəqəm günü-gündən artır. Amma dövlət orqanları tərəfindən bu ölkədəki artan fahişəliyin qarşısını almaq üçün hər hansı tədbir görmür.


Fahişələrin sayındakı bu artımın əsas səbəbi isə Ermənistanda hökm sürən ağır sosial-iqtisadi vəziyyət (əhalinin 1/3 yoxsulluq həddində yaşayış-red.), dəyərlərin pozulması göstərilir.


Vəziyyət o yerə çatıb ki, hətta Ermənistanda ictimai xadimlər belə fahişəliyin leqallaşdırılmasının tərəfdarıdırlar. Bunu İrəvan Kukla Teatrının direktoru Ruben Balayan və "Ümumxalq erməni hərakatı" müxalifət partiyasının üzvü Ovanes İqityan deyib.


Onun fikrincə, əgər fahişəliyə qanunla icazə verilsə bəzi ölkələrdəki kimi Ermənistanda da "xidmət evləri" açılacaq ki, guya burada da bütün gigiyenik şərtlərə əməl ediləcək.


Görünür Ermənistandakı çətin ağır iqtisadi vəziyyətdə insanların öz bədənləri ilə pul qazanması ən gəlirli biznes sahəsinə çevrilib. İctimai xadimlər isə bu sahədən əldə ediləcək gəlirlə ölkə iqtisadiyyatını dirçələcəyini zənn edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...