Prezident Misirin yeni prezidenti Məhəmməd Mursini təbrik edib

Prezident Misirin yeni prezidenti Məhəmməd Mursini təbrik edib

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Məhəmməd Mursiyə təbrik məktubu ünvanlayıb.


Məktubda deyilir: "Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə