AŞPA-nın sədri: \"Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin tərəfdarı olmamışam\"
\"Avropa
Şurası Parlament Assambleyasındakı (AŞPA) Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin
tərəfdarı olmamışam\". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu
AŞPA-nın sədri Jan-Klod Minyon deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı Minsk Qrupu fəaliyyət göstərir: "Alt Komitə yarandığı
vaxtdan ona qarşı çıxmışam və indi də bu məsələ ilə bağlı fikrimi dəyişdirməmişəm.
Amma yenə də deyirəm, bu mənim şəxsi fikrimdir. Bu nə Assambleyanın Bürosunun, nə
də bütövlükdə Avropa Şurası Parlament Assambleyasının mövqeyidir və büro mənim
mövqeyimdən fərqli bir qərar qəbul edərsə, mən AŞPA-nın sədri kimi bu qərara hörmətlə
yanaşacaq, onun həyata keçirilməsinə çalışacağam".
O, həmçinin bu həftə ərzində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcəyini də bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB