SAM və Trento təmsilçiləri Ağdama rəsmi səfər ediblər

Trento bölgəsinin nümayəndələri iyunun 21-də Ağdam bölgəsinə rəsmi səfər edərək orada məskunlaşmış məcburi köçkünlərlə görüşüb. SAM-dan SİA-ya verilən məlumatına görə, görüşün əsas məqsədi təmas xəttində yaşayan məcburi köçkünlərin yaşayış tərzini, çətinliklərini bilmək, fikirlərini daha yaxından öyrənməkdir.

Nümayəndə heyətinə Azərbaycan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva, İtaliyanın Trento Universitetinin Hüquq fakültəsinin Müqayisəli Konstitusiya hüququ üzrə professoru Roberto Toniatti, Sloveniyanın Lyublyana Universitetinin Sosial elmlər fakültəsinin professoru Mitya Zagar, İtaliyanın Trento Universitetinin Müqayisəli və Avropa hüququ üzrə Araşdırmalar Məktəbinin tədqiqatçısı Elizabetta Pulice, İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidze daxildir.

Qeyd edək ki, 18-22 iyun tarixlərində SAM və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun "Avropada milli azlıqlar: "Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu" mövzusunda beynəlxalq konfrans keçirmək üçün Trento bölgəsinin nümayəndələri Bakıya gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə