Milli Məclisin deputatları AŞPA-nın yay sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları AŞPA-nın yay sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları AŞPA-nın yay sessiyasında iştirak edəcəklər. Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iyunun 25-dən 29-dək keçiriləcək yay sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.


Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər. Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada demokratiyanın cari vəziyyəti, miqrantlar, demokratiya və sosial hüquqlar üçün təhlükə, iqtisadi böhranın Avropada yerli və regional idarəçiliyə təsiri, Avropa Şurasına üzv ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti, Tunisdə siyasi keçid dövrü, Assambleyanın monitorinq prosesinin təkmilləşdirilməsi, Avropada müsəlman qadınlara qarşı ayrı-seçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq. İclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə