İranın sabiq vitse-prezidenti: \"İranla Azərbaycan arasında heç bir problem görmürəm\"

\"İranla Azərbaycan arasında heç bir problem görmürəm\". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında İranın sabiq vitse-prezidenti Həsən Qafuri Fərd deyib. O bildirib ki, iki ölkənin müştərək tarixi və dini var, 30% əhali azəri türkcəsində danışır. Onun sözlərinə görə, İranın ölkə rəhbərliyində çoxsaylı azərbaycanlı təmsil olunur. Q.Fərd xüsusilə qeyd edib ki, bu gün İranın ali dini lideri Azərbaycan kökənlidir: \"Bu səbəbdən bizim aramızda heç bir problem yoxdur. Azərbaycan və İran qardaş dövlətlərdir\".

Ermənistan-İran, İran-Azərbaycan münasibətlərinə toxunan sabiq vitse-prezident bildirib ki, bu gün İran-Azərbaycan münasibətləri İran-Ermənistan münasibətlərindən qat-qat güclü və möhkəmdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...