Mais Səfərli: \"Müsavat keçirəcəyi qurultayda son 20 il ərzindəki uğursuzluqlarını müzakirə edəcək\"
"Bu sadəcə olaraq müxalifətin insanların diqqətini özlərinə cəlb etməyə hesablanıb. Çünki onların başqa fəaliyyətləri yoxdur. Artıq onlar ictimai dəstəkdən məhrumdurlar. Məhz belə olan təqdirdə onların da əsas ümidləri Qərb, demokratik dövlətlərə yönəlib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Müsavata qurultayın keçirilməsi üçün təklif etdiyi "Bakı Kristal Zal"ı çox əlverişlidir. Hesab edirəm ki, adı çəkilən bu zala nəinki Müsavat partiyası hətta ölkədə mövcud olan bütün müxalifət partiyalarının üzvlərini də toplasan, yenə də yer olar".
Partiya sədrinin fikrincə, onlar vaxt qazanmaq üçün bu cür üsullara əl atırlar: \"Müsavat keçirəcəyi bu qurultayda son 20 il ərzindəki uğursuzluqlarını və səhvlərini müzakirə edəcək. Həmçinin Müsavat partiyasının rəhbərliyini öz siyasi qiymətlərini verəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB