Hərbi prokuror: \"Sərhəddə xidmət çəkmək asan deyil\"

Hərbi prokuror: \"Sərhəddə xidmət çəkmək asan deyil\"

"Azərbaycanın hərbi birləşmələrində ölüm faktları xeyli azalıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun müavini, Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, bu cür ağır hadisələr Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi strukturların tərkibində qeydə alınır. Hərbi birləşmələrdə intiharlar məsələsinə toxunan prokuror bildirib ki, nəzərə almaq lazımdır ki, hərbi hissələrin böyük əksəriyyəti təmas xəttində düşmənlə üzbəüz yerləşir və bütövlükdə xidmət şəraiti çox ağırdır: "Bundan əlavə, elə yerlər var ki, düşmən ilə 50-100 metr məsafə var. Orada gecə-gündüz xidmət çəkmək asan deyil. Qışın 35 dərcə şaxtasında, yayın 50 dərəcə istisində əsgərlər xidmətdə olurlar. Təbii ki, bununla bağlı müəyyən psixoloji gərginliklər yaşanır. Bu səbəbdən müəyyən xoşagəlməz hadisələr baş verir".


Onun sözlərinə görə, hərbi hissələrdə komandir heyətinin qanunsuz hərəkətləri də xoşagəlməz hadisələrə gətirib çıxarır. İstər Müdafiə Nazirliyinin, istər Daxili Qoşunların, istərsə də digər hərbi birləşmlərin rəhbərləri ilə 6 aydan bir ümümi tədbirlər planları hazırlanır: "Hər bir cinayət hadisəsi müvafiq orqanların tədqiqat obyekti olur, istintaq aparılır və nəticəsindən asılı olaraq qanuni tətbirlər görülür, məhkəmə məsuliyyətinə cəlb edilir. Bununla yanaşı, cinayətin səbəbləri bütün hallarda araşdırılır və həmin qrupların daxil olduğu müvafiq hərbi hissələrə təqdimatlar və qərarlar verilir".


Hərbi prokuror vurğulayıb ki, Azərbaycanın 1993-cü ildən bəri ordu quruculuğunda ən böyuk nailiyyəti fərariliyin və xidmətdən yayınma hallarının kəskin şəkildə azalmasıdır. Vaxtı ilə bu cür hadisələrin sayı 10 milinlərlə ölçülürdüsə, indi bu rəqəm çox cüzidir.


Bütün xəbərlər Facebook səhifəmizdə