Baş Prokurorluq Ayaz Mütəllibovun Azərbaycana qayıtması məsələsinə münasibət bildirdi
Ayaz Mütəllibovun Azərbaycana qayıtması məsələsi qanun çərçivəsində həll olunacaq. SİA-nın məlumatına görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov jurnalistlərə açıqlamasında deyib. Milli Məclisdə bu yaxınlarda eks-prezidentlərin statusu ilə bağlı qanununun qəbul edildiyini diqqətə çatdıran baş prokurorun müavini qeyd edib ki, Baş Prokurorluq da buna uyğun qərar qəbul edəcək.
O həmçinin Ukraynada öldürülən azərbaycanlı iş adamı İqbal Mahmudovun qətli ilə bağlı aparılan istintaq hərəkətləri barədə də danışıb. Rüstəm Usubov bildirib ki, bununla bağlı Baş Prokurorluğun Beynəlxalq işlər üzrə idarəsi Ukrayna Baş Prokurorluğuna müraciət edib və oradan cavab gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB