Şəhid zabitimiz torpağa tapşırıldı

İyunun 9-da cəbhə bölgəsində minaya düşmüş Azərbaycan ordusunun zabiti İlqar Verdiyev bu gün Şüvəlan qəsəbəsindəki qəbirstanlıqda torpağa tapşırılıb. SİA-nın \"ANS\"ə istinadən verdyi xəbərə görə, dəfn mərasimində İ.Verdiyevin qohumları, yaxınları, milli ordunun zabitləri iştirak edib.

İlqarVerdiyev 1992-ci ildə Türkiyədə təhsil alan ilk Azərbaycan milli ordusunun zabitlərindən biri olub. Əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb. Daha sonra Goranboydakı hərbi hissənin Mühəndis İstehkam bölüyünün komandiri olub. Bir neçə gün əvvəl minaya düşən İ.Verdiyev müalicə olunduğu Silahlı Qüvvələrin Mərkizi Klinikasında dünyasını dəyişib.

Ramiz Məlikov Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəhbəri: "Bizim silahlı qüvvələrimizin, daha doğrusu Müdafiə Nazirliyinin həkimləri ilk andan sona qədər əllərindən gələni etdilər. Ancaq elə böhran vəziyyətində idi ki, o, bu vəziyyətdən çıxmadı. Bu günləri saat 13.30 da cəsarətlə demək olar ki, vətən uğrunda həlak oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə