Elmar Məmmədyarov Hindistanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Hindistanın yeni səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Vinod Kumarı qəbul edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edən V.Kumar ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün səylə çalışacağını bildirib.

Öz növbəsində, E.Məmmədyarov iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Nazir hindistanlı diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə