Yevlax şəhər İH və YAP rayon Təşkilatı birgə tədbir keçirib

15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Yevlax Şəhər İcra Hakimiyyəti ilə YAP Yevlax Rayon Təşkilatının birgə tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına Mərkəzdə ulu öndərin büstü qarşısına gül dəstələri qoyublar. Sonra mərkəzlə tanışlıq olub. Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film izləndikdən sonra tədbiri giriş sözü ilə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının I müavini Qənimət Qaraşov açıq elan edib.

Natiq qeyd edib ki, həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynayır, Azərbaycan üçün 1993-cü ilin iyunun 15-i məhz belə tarixlərdəndir.

Sonra YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev geniş məruzə ilə o dövrdə baş vermiş hadisələri ardıcıllıqla tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Natiq vurğulayıb ki, Heydər Əliyev ideyalarının təntənəsi olan Müstəqil Azərbaycan Dövləti bu gün cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində nəinki Avropa, Dünya ölkələri arasında belə özünəməxsus mövqeydə dayanır. Bu il ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik etməsi cənab Prezidentimizin siyasi qüdrətinin bariz nümunəsidir. Sonra məruzə ətrafında çıxış edənlər Prezident təqaüdçüsü Heydər Əliyevlə şəxsən təmasda olmuş Şamama Əliyeva, Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri Raquf Mirzəyev, Əməkdar müəllim Şahin Kərimov və başqaları Heydər Əliyevlə bağlı olan xatirələri dilə gətiriblər.


Ziyalılar prezidenti, onun ailəsini və bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...