Milli Qurtuluş günü Avrasiya Universitetində qeyd olundu

Milli Qurtuluş günü Avrasiya Universitetində qeyd olundu

Bu gün Bakı Avrasiya Universitetində Milli Qurtuluş günü və universitetin 20 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə tədbirdə Bakı Avrasiya Universitetinin prorektoru, hüquq elmləri doktoru, professor Nazim Cəfərli çıxış edərək milli qurtuluş tarixindən danışıb: "1993-cü il 15 iyun tarixində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi xalqımız və dövlətimizin qurtuluşu oldu. Xalq ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparmağa başladı. Bu gün Aərbaycan Respublikasının pezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir".

Tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin Regionşunaslıq və tətbiqi elmlər kafedrasının müəllimi, professor Hikmət Rzayev isə "Bakı Avrasiya Universitetinin 20 illik tarixində xarici əlaqələr" mövzusunda çıxış edərək bildirib ki, Avrasiya Universiteti yarandığı gündən xarici dövlətlər, Amerika və İsrail səfirliyinin nümayəndələri ilə əlaqələr qurub. İsrailin səfiri olmuş Mak Milman universitetə gələrək müəllim kimi dərs keçib.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə