ATƏT-in sədri: \"Snayperlərin təmas xəttindən çıxarılması vacibdir\"

ATƏT-in sədri: \"Snayperlərin təmas xəttindən çıxarılması vacibdir\"

"Tərəflər güc və zorakı addımlardan çəkinməlidirlər". SİA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında İrlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor deyib: "Sülh münaqişənin həllində yeganə yoldur. Bu bəyanatı Ermənistanda da vermişəm. Xalqlar arasında dialoqun qurulmasında hər iki tərəfi addımlar atmağa çağırıram".

ATƏT-in Minsk qrupunun səylərini tamamilə dəstəklədiyini deyən E. Gilmor bildirib ki, snayperlərin təmas xəttindən çıxarılması və bunu mexanizmlərini hazırlanması vacibdir: "Prezidentlərlə xalqlar arasında dialoqun qurulması üçün nə kimi işlərin görülməsini müzakirə etmişik. Bu istiqamətdə addımlar atılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə