Elmar Məmmədyarov: İlk növbədə Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxmalıdır\"
"Təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılması üçün ilk növbədə Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxmalıdırlar. Əks halda bu mexanizm status-kvonu daha da gücləndirə bilər". SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT sədri Eymon Gilmorla birgə keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, Azərbaycan tərəfi qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasına öz razılığını verib: "Lakin bu mexanizm Ermənistan qoşunları Azərbaycanın işğal altında olan ərazilərini tərk etdikdən sonra işləməyə başlaya bilər. Yalnız o zaman həmin mexanizmi icra etmək olar. Əgər bu mexanizm indi tətbiq olunmağa başlasa, bu, mövcud status-kvo vəziyyətinin daha da möhkəmlənməsi deməkdir ki, bu da qəbulolunmazdır".
Nazir snayperlərin geri çəkilməsi məsələsinə toxunaraq deyib ki, qoşunlar çıxarılanda bu mexanizmlərə də ehtiyac qalmayacaq: "Əgər Ermənistan öz əsgərlərinin ölməsini istəmirsə, o zaman işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməlidir. Əgər bu baş versə, snayperlərin saxlanmasına da gərək qalmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB